ARACHI · RFQ İDARƏETMƏ PLATFORMASI

Bir sorğu göndərin.
Bütün təklifləri bir yerdə toplayın.
Ən sərfəlisini seçin.

Arachi yük sorğularınızı seçdiyiniz daşıyıcılara eyni anda çatdırır, gələn təklifləri tək paneldə toplayır və hansı sorğunun oxunduğunu, hansının cavablanmadığını real vaxtda göstərir. Aİ köməkçi ilə bunların hamısını söhbətlə idarə edə, yeni logistika şirkətlərini kəşf edə bilərsiniz.

Vaxta qənaətDaşıyıcılara ayrı-ayrılıqda yazmağa son.
Tək panelBütün təkliflər avtomatik bir yerə düşür.
Real vaxtda izləməKim baxdı, kim cavab verdi — göründü.

Necə işləyir

Sorğudan qalibə qədər dörd addım

Prosesin hər addımı avtomatlaşdırılıb — sizə yalnız qərar vermək qalır.

01
Sorğu yaradınYük məlumatlarını bir dəfə daxil edin.
02
Daşıyıcılara göndərinSeçdiyiniz daşıyıcılara eyni anda çatdırılır.
03
Təklifləri toplayınGələn təkliflər avtomatik panelə düşür.
04
Müqayisə edib seçinƏn uyğun təklifi tək kliklə qalib elan edin.

Sorğu yaradın

Yükün çəkisini, ölçülərini, marşrutunu və tələb olunan tarixləri sistemə bir dəfə daxil edin. Bütün detallar saxlanılır və növbəti sorğularda təkrar istifadə edilə bilər.

Nə əldə edirsiniz

Sorğu prosesini idarə etmək üçün lazım olan hər şey

Excel ilə asan idxal

Daşıyıcı bazanızı Excel və ya mətn siyahısından saniyələr içində yükləyin, əl ilə daxil etməyə vaxt itirməyin.

Avtomatik göndərmə və izləmə

Hər daşıyıcıya unikal təklif linki göndərilir; açılıb-açılmadığı və cavablanıb-cavablanmadığı real vaxtda görünür.

Optimal qalib seçimi

Gələn təklifləri qiymət, müddət və şərtlərinə görə müqayisə edin, ən sərfəli daşıyıcını tək kliklə qalib elan edin.

İmkanlar

Arachi ilə nələr edə bilərsiniz

Sorğunun hazırlanmasından müştəriyə təklif göndərməyə qədər bütün addımlar bir paneldədir.

01

Aİ köməkçi ilə söhbətlə idarə edin

Sorğu yaradın, daşıyıcılara göndərin, təklifləri müqayisə edin, PDF təklif və hesabat hazırlayın, hamısını yazışma ilə. Göndərmə həmişə sizin «Bəli» təsdiqinizlə olur. Aİ köməkçi Pro planda aktivdir.

02

Daşıyıcılarınızı qruplaşdırın

Daşıyıcıları Excel-dən gətirin və ya əllə əlavə edin. Kateqoriya və alt kateqoriyalara bölüb sorğunu yalnız uyğun qrupa göndərin.

03

E-poçt, link və ya hər ikisi

Sorğunu daşıyıcılara e-poçtla göndərin, ya da linki WhatsApp, Telegram kimi istədiyiniz yerdə paylaşın. İstəsəniz ikisini birlikdə edin.

04

Cavab verməyənləri xatırladın

Hansı daşıyıcıya çatdırıldı, kim baxdı, kim təklif göndərdi? Cavab verməyənlərə bir kliklə xatırlatma göndərin.

05

Təklif tarixçəsinə qayıdın

Daşıyıcı təklifini yenilədikdə əvvəlki versiyalar silinmir. Qiymətin necə dəyişdiyini bir baxışda görün.

06

Rəsmi təklif və hesabat

Seçdiyiniz təklifə xidmət haqqı əlavə edib müştəriyə PDF təklif hazırlayın. Sorğu və təklifləri Excel və ya PDF hesabat kimi endirin.

07

Logistika şirkətlərini kəşf edin

Freight forwarder şirkətlərin açıq profillərinə baxın: xidmətləri və əlaqə vasitələri göstərilir. Uyğun olanı bir kliklə daşıyıcı bazanıza əlavə edin.

Freight forwarder-lar üçün

Şirkətinizi idxalçı və ixracatçılara tanıdın

Şirkət profili yaradın, xidmətlərinizi və əlaqə vasitələrinizi göstərin. İdxalçı və ixracatçılar sizi kataloqda tapıb bazalarına əlavə edir. İctimai versiya ilə dərhal başlaya bilərsiniz.

Planlar

Komandanıza uyğun plan seçin

Hər plan Aİ köməkçi (ArachiBot), təklif müqayisəsi və daşıyıcı bazasını əhatə edir. İlk 14 gün pulsuzdur.

Logistika və ekspedisiya şirkətləri üçün

RFQ-ları öz agentlərinizə göndərin, təklifləri bir cədvəldə müqayisə edin, müştəriyə tez cavab verin.

LogistikaLogistika Plus
İstifadəçi25
Aylıq qiymət79 AZN129 AZN
İllik ödənişdə (2 ay pulsuz)790 AZN/il1 290 AZN/il
ArachiBot sorğusu / ay300600
Əlavə istifadəçi25 AZN/ay (+50 AI sorğu)25 AZN/ay (+50 AI sorğu)

İdxalçı və ixracatçı şirkətlər üçün

Logistika şöbəniz yük sorğularını bir yerdən göndərir, ekspeditorların təkliflərini müqayisə edir və qiymət tarixçəsini saxlayır.

StandartBusinessCustom
İstifadəçi512limitsiz
Aylıq qiymət109 AZN199 AZNfərdi
İllik ödənişdə (2 ay pulsuz)1 090 AZN/il1 990 AZN/ilmüqavilə ilə
ArachiBot sorğusu / ay5001 000razılaşma ilə
Əlavə istifadəçi19 AZN/ay (+50 AI sorğu)19 AZN/ay (+50 AI sorğu)—
Kəşf paneli (tezliklə)ilk il pulsuz daxililk il pulsuz daxildaxil

Kəşf paneli: yeni logistika şirkətlərini marşruta görə tapıb kontaktlarınıza əlavə etmək. Qiymətlərə ƏDV daxil deyil.

14 günlük pulsuz demo hesabı əldə et

Demo: kart tələb olunmur, 2 istifadəçi hesabı, ArachiBot-da 100 sorğu. Demo bitəndə ödəniş ekranı açılır.

Sual-cavab

Tez-tez verilən suallar

Daşıyıcı necə cavab verir?

Hər daşıyıcıya sorğuya özəl təklif linki göndərilir. Daşıyıcı linki açıb yükün məlumatlarını görür, qiymətini, tranzit müddətini, qeydlərini və lazım olarsa sənədini daxil edib təklifi göndərir. Qeydiyyat və ya şifrə tələb olunmur, səhifə telefondan da rahat açılır və Azərbaycan/ingilis dilində işləyir. Daşıyıcı sonradan təklifini yeniləyə və ya alternativ təklif göndərə bilər, bütün versiyalar sizdə saxlanılır.

Aİ sorğunu mənim əvəzimə göndərir?

Bəli, istəsəniz göndərir, amma yalnız sizin təsdiqinizlə. Aİ köməkçi sorğunu söhbətdən və ya sənəddən (PDF, şəkil, Excel, e-poçt mətni) özü yaradır, bütün daşıyıcılara, seçdiyiniz kateqoriyaya və ya xüsusi daşıyıcılara göndərməyə hazırlayır və kimə nə gedəcəyini dəqiq siyahı ilə göstərir. Siz «Bəli» basanda göndərilir, təsdiqiniz olmadan heç bir mesaj getmir.

Göndərməklə yanaşı Aİ köməkçi daşıyıcı bazanızı idarə edir (Excel-dən idxal, kateqoriyalara bölmə), gələn təklifləri müqayisə edir, qalibi seçir, cavab verməyənlərə xatırlatma göndərir, müştəriyə PDF təklif və Excel/PDF hesabat hazırlayır. Aİ köməkçi Pro planda aktivdir və eyni hesabınızdakı məlumatlarla işləyir.

Arachi mənə daşıyıcı tapır?

Bəli. Arachi-nin kataloqunda freight forwarder şirkətlər öz profillərini yerləşdirir: xidmətlərini, əhatə dairəsini və əlaqə vasitələrini görüb uyğun olanı bir kliklə daşıyıcı bazanıza əlavə edə bilərsiniz. Əlavə etdiyiniz daşıyıcılara sorğunu eyni anda göndərib gələn təklifləri tək paneldə müqayisə edirsiniz.

Qeydiyyat üçün dəvət linki lazımdırmı?

Xeyr. İdxalçı, ixracatçı və forwarder şirkətlər «Qeydiyyatdan keçin» bölməsindən 14 günlük pulsuz demo hesabı aça bilər (kart tələb olunmur, 2 istifadəçi, Aİ köməkçidə 100 sorğu). Demo bitəndən sonra davam etmək üçün plan seçib ödəniş edirsiniz. Dəvət linkiniz varsa, hesab dərhal seçilmiş ödənişli planla açılır. Freight forwarder-lar üçün ictimai profil versiyası isə həmişə pulsuz və linksizdir.

Hesabımı və məlumatlarımı silə bilərəm?

Bəli. Paneldə «Şifrəni Dəyiş» pəncərəsindən hesabı silmə seçiminə keçib şifrənizi təsdiqləməklə hesabınızı və ona aid bütün məlumatları (sorğular, təkliflər, daşıyıcı bazası, profil) birdəfəlik silə bilərsiniz.

Sorğu göndərməyə hazırsınız?

Qeydiyyatdan keçin, ilk sorğunuzu bu gün daşıyıcılara göndərin.